Hansı ölkələrin səfirləri Şuşaya gedib?-SİYAHI

ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etməsi Azərbaycanda geniş ictimai etiraza səbəb olub. 

Bəs hansı ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan hökumətinin Şuşa şəhərinə səfər etmək dəvətini qəbul edib?

İyulun 9 və 10-nda 46 dövlətin səfiri Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhərini ziyarət edib.

Bunlar Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və Yunanistan səfirləridir.

Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın isə müvəqqəti işlər vəkilləri səfərdə olub.

Şuşa və Füzulidə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri də olub.

Xatırladaq ki, ABŞ, Fransa və Rusiyanın səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etməyib və Şuşaya getməkdən imtina ediblər.

Şuşa səfəri zamanı səfirləri müşayiət edən prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin jurnalistlərə verdiyi məlumata görə, diplomatik korpusun Qarabağ paytaxtına səfəri Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə təşkil edilib.

Bu, Qarabağın azad edilmiş bölgələrinə yeddinci səyahətdir. Əvvəllər diplomatik korpus Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Ağdamı ziyarət etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest