Haiti prezidentinin ölümündə ABŞ barmağı

Haiti prezidenti Jovanel Moizin öldürülməsində şübhəli bilinənlərin bir neçəsi ABŞ hüquq-mühafizə orqanlarının xəbərçiləri olublar. Bu haqda CNN öz mənbələrinə istinadən bildirir.

Mənbələr deyiblər ki, baş verənləri araşdıran müstəntiqlər bu qənaətə gəliblər. ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) bəyanatında isə təsdiqlənir ki, şübhəlilərdən biri onların əməkdaşlarının  “məxfi informasiya mənbəyi” olub. Prezidentin öldürülməsindən sonra həmin informator idarənin əməkdaşları ilə əlaqə saxlayıb. Onlar isə həmin şəxsə yerli hakimiyyətə təslim olmağı təklif ediblər. Nəticədə informator və daha bir şübhəli Haiti hakimiyyətinə təslim olub.

Məqalədə deyilir ki, idarə hücum zamanı iştirakçılardan birinin “Bu DEA əməliyyatıdır! Heç kim müqavimət göstərməsin!”- deyə qışqırmasından xəbərdardır.

CNN onu da bildirir ki, şübhəlilərdən bir neçəsi Federal Təhqiqatlar Bürosunun xəbərçiləri olublar. FTB nümayəndələri bu məlumatı şərh etməyib, amma onu bildirib ki, təhqiqatın aparılması zamanı kəşfiyyat məlumatlarının toplanması üçün qanuni mənbələrdən istifadə edilir.

Haiti prezidenti Jovanel Moiz iyulun 8-nə keçən gecə paytaxt Port-o-Prensdəki iqamətgahında silahlıların hücumu zamanı öldürülüb, arvadı ağır yaralanıb və ABŞ-a aparılıb. Silahlılardan bir neçəsi daha sonra Haiti polisi tərəfindən zərərsizləşdirilib, dəstə üzvlərindən bir neçəsi tutulub.Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest