Hadisə ərə getdi

Kaan Yıldırımdan ayrılan kimi iş adamı Mehmet Dinçerler ilə eşq yaşamağa başlayan Hadisə yeni bir iddia ilə gündəmə gəlib.

Ulduzun artıq ərə getdiyi bildirilib.

Hadisə ilə Mehmetin dünən axşam nikah masasına oturduğu iddia edilib. Toyun ailələr arasında sadə mərasimlə baş tutduğu deyilir.

“Snob Magazine”in iddiasına görə, “Çırağan” sarayında bir-birlərinə “hə” deyən sevgililər qonaqlardan sosial şəbəkədə foto paylaşmamalarını istəyib.

Qeyd edək ki, bu yaxınlarda iş adamı ilə dini nikahı olduğu deyilən Hadisə hamiləlik iddialarına “Biz adət və ənənələrimizə sadiqik” deyə cavab verib.

Mənbə: Haber Global

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest