Hacı Tahir qardaşının döyülməsindən danışdı: “Gecə evinin işğını söndürüb…”

Gəncədə “İmamzadə” kompleksinin axundu Hacı Tahir Qarabaği (Abbasov) qardaşının döyülməsinin təfərrüatını açıqlayıb. 
Hacı Tahir qardaşı Rəşid Abbasovun özünə məxsus həyət evində hücuma məruz qaldığını deyib.
“Xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır. Baş nahiyəsindən xəsarət alıb. Səhərə kimi yatmımışıq”, deyə axund bildirib.
Hacı Tahir Rəşid Abbasovun döyülməsinin təfərrüatlarından danışıb: “Gecə evinə gəlib. Darvazanı açıb, həyətinə daxil olub. Həmin vaxt cinayəti törədən şəxs (şəxslər) arxadan evin işğını söndürüb. Bu da qapıya çıxıb. Görüb ki, qonşunun işığı yanır, amma bunlarda yox. Qapıdan çıxan kimi hücuma məruz qalıb. Qardaşımın 65 yaşı var. Həyat yoldaşı mənzildə olub. Köməyinə qonşusu gəlib. Görüb ki, bir nəfər onun başına küt alətlə vurur. Qardaşım da qışqırır. Qonşu da həyətindən lapatka götürüb, hadisə yerinə gəlib. Gələndə hücum edən şəxs qaçıb”. 
Hacı Tahir qardaşı Rəşid Abbasova hücumun oğurluq məqsədilə törədildiyini hesab edib: “Mən bu cür hesab edirəm. Çünki, qardaşımın düşməni yoxdur. Sakit adamdır. Uzun illər komunal sahədə, bələdiyyədə çalışıb”. 
Qeyd edək ki, bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb. Məlumatda bildirilir ki, hadisə Gəncədə şəhərin Əziz Əliyev prospektində, Rəşid Abbasova məxsus mənzildə baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest