“Həyat yoldaşı bu aləmdən olan biri deyil”

Müğənni Elnarə Xəlilova xalası qızı, ifaçı Mina Hüseynovanın ailə qurmasından danışıb.

Sənətçi “Şourum”a açıqlamasında Minanın hazırda xaricdə olduğunu deyib:

“Çox sevindim, xoşbəxt olsun. Bütün subaylar üçün olsun. Şadam ki, o da ailə qurdu. Allah tezliklə ona övlad payı versin. İndi bal ayındadır. Həyat yoldaşı bu aləmdən olan biri deyil. Nə də qohumdur… Siravi bir vətəndaşdır. Onu ürəkdən sevən və dəyər verən biridir”.

Qeyd edək ki, Mina apreldə ailə qurduğunu açıqlayıb və sosial şəbəkə hesabını bağlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest