Həkim transplantasiya etdiyi qaraciyərləri öz imzası ilə “damğaladı” – FOTO

İngiltərədə transplantoloq cərrah xəstələrinin qaraciyərlərini öz inisialı ilə “damğalayıb”.

Bildirilir ki, Saymon Bramhall arqon lazerindən istifadə edərək iki xəstəsinin daxili orqanına hündürlüyü təxminən dörd santimetr olan baş hərflərini çap edib. Bu, başqa həkimin keçirdiyi əməliyyat zamanı aşkarlanıb.

Medical Practitioners Tribunal Service (MPTS – tibbi praktika ilə məşğul olan həkimlərin tribunalı) onun hərəkətlərini peşəkar təkəbbür kimi səciyyələndirib.

Bildirilir ki, xəstələrdən biri əhəmiyyətli fiziki zərər almasa da, emosional zərər görüb.

Bramhall tibbi reyestrdən çıxarılıb, bununla əlaqədar ona tibbi fəaliyyətlə məşğul olmaq qadağan edilib.

Mənbə: Ekspress

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest