Gürcüstan Rusiya qarşısında geri çəkildi

Gürcüstan anti-Rusiya sanksiyalar ilə bağlı fikrini yenidən dəyişib.

Bu barədə yerli “News-Georgia” nəşri məlumat yayıb.

Gürcüstan hakimiyyəti Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil. Guya Rusiya Federasiyasına qarşı iqtisadi məhdudiyyətlər ölkənin və xalqın maraqlarına uyğun gəlmir.

“Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyəcək. Biz ölkəmizin milli maraqlarından, xalqımızın maraqlarından çıxış edirik”, – Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

O, eyni zamanda xatırladıb ki, son 30 ildə Gürcüstanda üç dəfə hərbi münaqişələr olub, ona görə də daha diqqətli olmaq lazımdır.

“Bizim siyasətimiz sülhyönümlüdür. Biz sülh, sabitlik və inkişaf istəyirik. Bu gün ölkəmizə lazım olan budur, müharibə heç kimə lazım deyil. İstənilən vətənpərvər hökmdar müharibədən qaçmaq üçün hər şeyi etməlidir”, – deyə siyasətçi yekunlaşdırıb.

Xatırladaq ki, fevralın 25-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, onun dövləti Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmayacaq.

Daha sonra aprelin 1-də Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, ölkə Ukraynadakı müharibəyə görə Rusiya Federasiyasına qarşı tətbiq edilən bütün beynəlxalq sanksiyalara qoşulur.

Xuraman Etibarlı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest