Gürcüstan Rusiyaya tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub.
Bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.
“Biz bütün beynəlxalq maliyyə sanksiyalarında (Rusiyaya qarşı – red.) iştirak edirik və bu, həqiqətən də bizim maliyyə sektorumuz üçün nə isə deməkdir”, – Zurabişvili qeyd edib.