Gürcüstan millisinin qapıçısı “Qarabağ”da

“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini transfer edib. 

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. 

Bildirilib ki, tərəflər bütün məsələlərdə ortaq məxrəcə gəliblər və yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Həmçinin qeyd edilib ki, Luka Quqeşaşvili ilə 3 illik sözləşməyə qol çəkiləcək.

Qeyd edək ki, Quqeşaşvili Polşanın “Yagelloniya” klubunda çıxış edir.

Mənbə: goal.ge

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest