Gürcüstan Azərbaycanla Türkiyənin təklifinə “yox” dedi

Gürcüstan “3+3” regional əməkdaşlıq formatında iştirakdan imtina edib.

 “Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

Qeyd edək ki, xüsusi nümayəndə bu gün Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriqori Karasinlə görüşüb. 

Z.Abaşidze rusiyalı diplomatın diqqətinə çatdırıb ki, Gürcüstan bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirməyəcək.

Xatırladaq ki, “3+3” regional əməkdaşlıq formatının təşəbbüskarı Rəcəb Tayyub Ərdoğanla İlham Əliyevdir. Regionun inkişafına və davamlı sülhə böyük töhfə verə biləcək bu platformaya bəzi qonşularımız qısqanclıqla yanaşır. Bunun bir səbəbi Azərbaycanla Türkiyənin regionda söz sahibi olmasını həzm edə bilməmələridir. Digər səbəb isə bəzi dövlətlərin iplərinin öz əlində olmamasıdır.

Gürcüstan da ikinci kateqoriyaya aid edilən ölkələrdəndir. ABŞ və Avropanın təsir dairəsində olan Gürcüstan olduqca əlverişli olan belə bir platformadan imtina etməsi ona görə də “başa düşüləndir.”

Burda digər bir fakt var. Gürcüstan ehtiyat edir ki, “3+3” iqtisadi platforması reallaşacağı təqdirdə əsas nəqliyyat dəhlizi Azərbaycan-Ermənistan-Türkiyə olacaq. Bu isə Tiflisi heç cür qane etmir.

SURXAY.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest