Gürcü qadın milyonçunu belə soydu

Gürcü qadın iraqlı biznesmenin evindən 4 kq qızıl və 2.6 milyon dollar oğurlayıb.

Oğurluq hadisəsi İraqın şimalındakı Dəhük şəhərində baş verib.

Məlumata görə, gürcü qadın sentyabrın 3-də evində qulluqçu işlədiyi biznesmenin evində digər 3 nəfərlə əlbir olaraq soyğun törədib. Polis 3 günlük axtarışdan sonra oğurlanan pulların və qızılın böyük hissəsini qaytarmağa müvəffəq olsa da, hadisəni planlayan gürcü qadını həbs edə bilməyib.

Onun özü ilə 20 min dollar götürərək Türkiyəyə qaçdığı bildirilir. Hadisə ilə əlaqədar üç nəfər tutulub, 20 nəfər barəsində isə istintaq başladılıb.

Yerli media hadisənin Dəbük şəhərində baş vermiş ən böyük oğurluq hadisəsi olduğunu bildirir. /APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest