Gürcü polisi “Lotu Quli” klanının azərbaycanlı üzvünü saxladı – Xüsusi əməliyyatın təfərrüatları

Gürcüstan polisi ölkənin Tbilisi, Kutaisi, Rustavi və Zestafoni şəhərlərində xüsusi əməliyyat keçirib. 

Əməliyyat zamanı “oğru dünyası” ilə əlaqəsi olan 9 nəfər saxlanılıb. 

Gürcüstan DİN-dən yaylıan rəsmi məlumatda bildirilir ki, saxlanılan şəxslər iki biznesmendən haqq tələb edirmişlər. Onlar biznesmenlərin birindən 20 min, digərindən isə 10 min dollar verməsini istəyiblər. Saxlanılan şəxslərin yaşayış yerlərində aparılan axtarış zamanı 2 ədəd odlu silahla yanaşı, xaricdə yaşayan “qanuni oğru”larla əlaqə qurduqları kompüter və mobil telefonlar sübut kimi götürülüb. 

Oğrulardan biri isə əslən Dmanisidən olan Teymuraz adlı azərbaycanlıdır. Onun mərhum “Lotu Quli”nin klanına aid olduğu bildrilir.

Şahin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest