Güllə yarası alan erməni əsgər ÖLDÜ

Mayın 28-də güllə yarası alan sıravi erməni əsgər David Vaanoviç Vardanyanın həyatını həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Bu barədə informasiyanı Ermənistan Respublikasının Müdafiə Nazirliyi yayıb.

Mənbə iddia edir ki, dünən saat 10:40 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan, o cümlədən snayper tüfənglərindən Ermənistan-Azərbaycan dövlət sərhədinin cənub-şərq hissəsində yerləşən erməni mövqelərini atəşə tutub, nəticədə çağırışçı, sıravi David Vaanoviç Vardanyan güllə yarası alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest