“Göztəpə”dən Abramoviç açıqlaması

“Göztəpə”nin vitse-prezidenti Talat Papatia rusiyalı iş adamı Roman Abramoviçin klubu alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Super Liqa klubunun rəsmisi iddiaları təkzib edib:

“Roman Abramoviç “Göztəpə”ni almaqla bağlı heç kimlə əlaqə saxlamayıb. Onun “Göztəpə”ni almasını mediadan öyrəndik. Bu xəbərlər doğru deyil. Məsələ ilə bağlı danışıqlar müəyyən spesifikliyə çatdıqda lazımi açıqlamaları verəcəyik”. 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Abramoviçə Böyük Britaniya ərazisində işləmək və yaşamaq qadağası qoyulub. Bu səbəbdən “Çelsi”nin səhmləri funksionerdən alınıb və müvəqqəti olaraq klubun xeyriyyə fonduna verilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest