Gözəl aktrisa biznesmen sevgilisindən ayrıldı

Türkiyəli məşhur aktrisa Dilan Çiçək Dəniz bir ildən çoxdur sevgili olduğu biznesmen Alihan Aloğlu ilə ayrılıb.

“Snob Magazin” xəbər verir ki, onların ayrılmalarına səbəb fikir ayrılıqlarının olmasıdır.

Aktrisa ayrılıqdan sonra dostları ilə Bodruma tətilə gedib.

Qeyd edək ki, Alihan Aloğlu Türkiyənin tanınmış iş adamlarından olan Sedat Aloğlunun oğludur. O, iş həyatı ilə yanaşı şəxsi həyatı ilə də tez-tez gündəmdə olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest