Gorus-Qafan yolunun üstündəki Azərbaycanın polis postundan təşvişə düşən erməni qubernator başılovlu əraziyə gəldi

Sosial şəbəkələrin erməni seqmentində Gorus-Qafan yolunun üzərində qoyulmuş Azərbaycan polis postunun fotosu yayılıb. Və ermənilər arasında növbəti təşviş dalğasına səbəb olub.

Beləki, yolun yenidən bağlanacağı haqda söz-söhbətlər yayılıb.

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) qubernatoru Melikset Poqosyan isə əhalini sakitləşdirməyə çalışaraq bildirib ki, polis postu yolun Azərbaycan ərazisindən keçən hissəsində, Qubadlıda yerləşdirilib.

“Bu post yolun onların ərazisindən keçən hissəsində qoyulub, Gorus-Qafan yolunun üzərində. Rusiya və Azərbaycan sərhədçiləri yolun bu hissəsinə nəzarət edir. Mən də bunu indi gördüm, getdim, baxdım, gördüm ki, post onların tərəfindədir. Əvvəldən orada post var idi, evciyi isə yeni tikiblər. Bu təhlükəli deyil,  yol Rusiyanın nəzarəti altındadır”,-deyə qubernator bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest