Gömrük Komitəsində “yarpaq tökümü”: İki aparıcı baş idarənin rəisi yola salındı

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov vəzifədən azad edilib.

Bu barədə DGK sədri Səfər Mehdiyev əmr imzalayıb.

Komitə sədri Bakı Baş Gömrük İdarəsinə Pərviz Gəngərlini yeni rəis təyin edib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Bəhruz Quliyevi vəzifəsindən azad edib.

DGK sədrinin digər qərarı ilə Mehman Sadıqov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin yeni rəisi təyin edilib.

Qeyd edək ki, Mehman Sadıqov daha öncə Tovuz Gömrük İdarəsinin sədri və Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib, gömrük xidməti polkovnikidir.

Xatırladaq ki, hər iki baş idarə DGK-nin onurğa sütunu sayılır. Aparılan bütün əməliyyatların 80-85 faizi məhz bu idarələrin payına düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest