Gizlicə evlənən Hadisə ilk dəfə açıqladı – Toy tarixini buna görə dəyişiblərmiş…

Məşhur cütlük Hadisə və Mehmet Dinçerlerin evlilik tarixini irəli çəkməsinin səbəbi bəlli olub. 

Ötən gün Kiprdə səhnəyə çıxan müğənni gizlicə nikah masasına oturduqlarını təsdiqləyib. “Prenses” mahnısını ifa edən Hadisə,  “İllərdir bu mahnını oxuyuram, amma evləndikdən sonra ilk dəfə oxuyacağam. Mahnımda belə bir şey deyirəm – “Atamın evində şahzadələr kimi idim”. Həyat yoldaşım mənə həqiqətən də kraliça kimi yanaşır. Şahzadə kimi deyil, kraliça kimi. Hər şeyə görə ona təşəkkür edirəm. Çünki o, məni çox sevir, hər zaman yanımdadır”, – deyə söyləyib.
İddiaya görə, cütlük iki bayram arasında uğursuzluq olduğuna inandıqları üçün toy mərasimlərini erkən tarixə çəkiblər. Cütlüyün toy məclisi keçirib-keçirməyəcəyi hələlik məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest