G7 ölkələri pandemiyaya görə nəhayət ki, birgə plan qəbul edəcək

G7 ölkələrinin sammitində koronavirus pandemiyası ilə mübarizə üzrə hərtərəfli plan qəbul ediləcək.

TASS-ın məlumatına görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan danışıb.

“G7 ölkələri bu barədə birgə bəyanat verəcək. Burada söhbət yalnız vaksinlərdən getməyəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, sözügedən plan pandemiyaya mümkün qədər tez müddətdə son qoyulmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest