Gənc qadın tanışı ilə otelə getdi, sonra isə…

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə 8-ci kilometr qəsəbəsində yerləşən hotellərin birində baş verib.

1988-ci il təvəllüdlü Mirzəyeva Aygün Vaqif qızı ötən gün tanışı ilə otelə gəlib. Burda “dincələrkən” hələlik naməlum hesab edilən tanışı ilə Aygün arasında mübahisə yaranıb. Mübahisə qanlı olayla tamamlanıb. Aygün hamam otağında olarkən ona şəxsiyyəti hələlik naməlum olan şəxs 23 bıçaq zərbəsi vurub. Sonra isə aradan çıxıb.

Aygün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hüquq mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest