Gəncədə ardıcıl partlayış səsləri eşidildi: Səbəb bu imiş

Gəncədə yayılan partlayış səsi “Seyfəli” poliqonundan gəlib.
Bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin sahə rəisi, polis mayoru Azər Əsədov deyib.
“Hazırda “Seyfəli” poliqonunda təlimlər gedir. Şəhərdə partlayış olması ilə bağlı yayılan xəbər şayiədir. Gəncədə və ətraf ərazilərdə eşidilən səslər poliqondan gəlir”, – polis mayoru deyib.
Qeyd edək ki, bu gün Gəncə şəhərində iki dəfə partlayış səsi eşidilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. axar.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest