Gədəbəydə kişi qonşu qadına GÖRÜN NƏ ETDİ

Gədəbəy rayonunda 1956-cı il təvəllüdlü Fərid qonşusu Səliməyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə rayonunun Daşbulaq kəndi ərazisində baş verib.

Fərid aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlindəki əsa ilə Səliməni vurub.

Nəticədə Səlimənin sağlamlığına yüngül zərər vurub.

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, Daşbulaq kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olur: “Səlimə mənim qonşumdur. Əvvəllər münasibətlərimiz yaxşı olub. Hadisə günü Səlimənin həyətinə gedən yolun həyətlə yol arasında olan künc hissəsindən bir qədər qum götürdüm. Səlimə buna görə mənə iradını bildirdi, məni söydü. Lakin o, qadın olduğunu nəzərə alaraq, cavab vermədim”.

Təqsirləndirilən şəxsim sözlərinə görə, həmin gün saat 17.30-da həyətdən küçəyə çıxarkən Səlimənin tövləsinin yanında olan daşları çıxarıb və onun qum götürdüyü yerə basdırdığını görüb: “Səliməyə dedim ki, daşları çıxarmasın. Bununla əlaqədar mübahisəmiz yarandı və Səlimə mənə bir neçə daş atdı. Daşlar bədənimin müxtəlif yerlərinə dəydi. Ona görə də əsəbləşdim, əlimdəki əsa ilə onu vurdum”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səlimə qeyd edib ki, hadisə günü saat 12 radələrində Fəridin həyətinə gedən yolun kənarında qazıntı işləri aparmasını görüb və ona iradını bildirib: “Dedim ki, yolu dağıtmasın. Fərid buna görə məni nalayiq ifadələrlə söydü. Niz bir qədər mübahisə etdik, ayrıldıq”.

Zərərçəkmişin ifadəsinə görə, həmin gün saat 17.30-da Fəridin yenidən qazıntı işləri apardığını görüb və yenə ona iradını bildirib: “Bizim aramızda mübahisə baş verdi. Bu zaman Fərid əlindəki əsa ilə sol əlimin üstünə, başımın arxa hissəsinə, sağ əlimin birinci və ikinci barmaqlarımın arasına, kürəyimə vurdu. Nəticədə xəsarətlər aldım və dava baş verən yerdən qaçaraq həyətimə getdim”.

Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Fərid 1000 manat miqdarında cərimə olunub./teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest