Füzulidə şirkət əməkdaşı minaya düşüb

İyulun 12-də saat 11 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində 1 nəfərin minaya düşməsi haqda məlumat daxil olub.

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest