Fransada Makronu öldürmək istəyən şəxs keşişi bıçaqladı

Bu gün Fransanın cənubundakı Nitsa şəhərində Saint-Pierre-d’Arne kilsəsinin keşişi ayin zamanı bıçaqlanıb.

Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilib ki, Nitsada yaşayan 31 yaşlı təcavüzkar polisə verdiyi ifadə ilə hər kəsi təəccübləndirib. O, yəhudi inancına sahib olduğunu və prezident seçkiləri günü Makronu öldürmək istədiyini deyib. Sonda isə kilsəyə gedərək Makronun əvəzinə keşişi bıçaqlayıb.

Qeyd olunub ki, xəstəxanaya aparılan keşişin həyati təhlükəsi yoxdur. Hücuma müdaxilə edən kilsə qulluqçusu da yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest