Fransa Millətlər Liqasının qalibi oldu

UEFA Millətlər Liqasında İspaniya və Fransa milli komandaları arasında final oyunu keçirilib.

İtaliyanın Milan şəhərindəki “San Siro” stadionunda təşkil olunmuş matç Fransanın əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.

Beləliklə, Fransa millisi ikinci dəfə keçirilən Millətlər Liqasının qalibi olub. İlk qalib 2019-cu ildə Portuqaliya olub.

Qeyd edək ki, 3-cü yeri Belçikaya eyni hesabla qalib gələn İtaliya tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest