Formula 1 trası üzərindəki otellərdə son günlərin QİYMƏTLƏRİ – 10 dəfə qalxıb

“Formula 1” yarışları dünyada ən böyük auditoriyası olan idman yarışlarından biridir. Bu mənada Azərbaycan Qran Prisini 600 milyon insanın izləyəcəyi gözlənilir. Üstəlik bu azarkeşlərin bir xeyli hissəsi yarışları canlı izləmək üçün paytaxtımıza gəlir. Bu isə turizm sektorunda xüsusi canlanma yaradır. Artıq şəhərimizdəki otellərdə kəskin qiymət artımı müşahidə olunur. 

Bununla bağlı danışan Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi qiymət artımının əsasən trassanın keçdiyi ərazilərdə qeydə alındığını söylədi. 
 
İcraçı direktor bildirdi ki, “Ortalama qiymət artımı 7-10 dəfəyə yaxındır. Beləki, adi günlərdə 200 manata təklif olunan nömrələrin qiyməti yarışın keçirildiyi günlərdə 2000 manatadək yüksəlib.

Bu da normal haldır. Dünyanın hər yeində belədir. Tələb təklifi formalaşdırır. Amma paytaxtın digər ərazilərində otellər əvvəlki qaydada işləyir. Və əsaslı bir qiymət artımı nəzərə çarpmır”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest