Finlandiya MƏHV EDİLƏCƏK – Nüvə raketlərindən İSTİFADƏ OLUNACAQ – Juravlyovdan HƏDƏ

Finlandiya məhv ediləcək”.

Bu barədə Dumanın Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev bildirib.

“Finlandiya NATO-nun tərkibində Rusiya ilə silahlı qarşıdurmaya girməyə cəhd etsə, məhv olacaq”, – deyə o hədələyib.

“Finlandiya Rusiya ilə yaxşı münasibətlər saxlamağa çalışıb və indiyə qədər buna nail olub. İndi o, Şimali Atlantika Alyansına qoşulmaqla Moskvaya əlavə problemlər yaratmağa hazırlaşır”, – deyə şikayətlənib.

Deputat həmçinin qeyd edib ki, Rusiya nüvə raketlərindən istifadə etməyə hazırdır.

“Bu, Rusiya Federasiyasının mövcudluğuna təhlükə yaranarsa baş verəcək”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest