FIFA prezidenti İran millisinin dünya çempionatından kənarlaşdırılmaq ehtimalına münasibət bildirib

FIFA-nın (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) prezidenti Canni İnfantino İran millisinin Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılmasına dair gəzən söz söhbətlərə münasibət bildirib.

“Gəlin ciddi olaq, xahiş edirəm. İtaliya demək olar ki, həmişə Dünya Kuboklarında iştirak edir, digər ölkələr daha tez-tez iştirak etmək istəyir və digər ölkələrə daha çox ümid vermək vacibdir. Uşaqlıqda yaşadıqlarımı düşünürəm və təəssüf edirəm ki, digər uşaqlar mənim əldə etdiyim imkanlardan yararlana bilməyiblər. Bu bölünmüş dünyada bir araya gəlmək və birlikdə idman yarışlarında iştirak etmək şansının daha çox olması vacibdir” – FIFA prezidenti vurğulayıb.

Xatırladaq ki, Sky Sports-un məlumatına görə, İran hökuməti qadınların ölkədəki stadionlara getməsinin qadağan etməsi ilə əlaqədar bu ölkə millisinin Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatından kənarlaşdırılmaq ehtimalının olduğunu yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest