FIFA “kunq-fu” ilə futbolu səhv salan azərbaycanlı oyunçunu CƏZALANDIRDI – FOTO

FIFA-nın İntizam Komitəsinin Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimova kəsdiyi cəzanın müddəti və AFFA-ya verdiyi cərimənin məbləği bilinib.

Millimizin və “Sumqayıt” klubunun cinah hücumçusu Mütəllimov dörd oyunluq cəzalanıb. AFFA isə futbolçuya görə beş min İsveçrə frankı (8675 AZN) cərimələnib.

Buna 27 yaşlı futbolçunun Bakıda noyabrın 11-də keçirilmiş dünya çempionatının seçmə mərhələsində Lüksemburq yığmasına qarşı qrup matçında qonaq komandanın oyunçusu Olivye Tillə qarşı kobudluğu səbəb olub.

Tellur Mütəllimov görüşün 21-ci dəqiqəsində topu itirdikdən sonra hazırda Türkiyənin “Eyüpspor” klubunda çıxış edən Olivye Tillə ayağı ilə zərbə endirdikdən sonra birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Avstriya mətbuatı onun bu hərəkətini “kunq-fu” fəndinə bənzədib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest