Fatih Terimin “Qalatasaray”dan ayrılmasının səbəbkarı Acun İlacılı olub-İDDİA

“Qalatasaray”la yollarını ayıran Fatih Terimin “Hall Siti”yə başçılıq etmək üçün Acun Ilıcalı ilə anlaşıb.

Bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Uzun müddətdir “Qalatasaray”da olan və pis nəticələrlə azarkeşlərin tənqid hədəfinə çevrilən məşhur məşqçi bu gün prezident Burak Elmasla görüşdən sonra “Qalatasaray”dan ayrılıb.

“Qalatasaray”la yollarının ayrılması ilə Fatih Terimin yeni komandası da maraq doğurub. 

Fatih Terimin Türkiyənin məşhur televiziya siması Acun Ilıcalının sahibi olduğu İngiltərə Çempionatının komandalarından biri olan “Hall Siti”nin baş məşqçisi olacağı deyilir.

Qeyd edək ki, Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.

Fidan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest