Fanatı ilə evlənməyə hazırlaşan müğənni: “3 gün, 3 gecə xına edəcəm” – VİDEO

Müğənni Roza Zərgərli özünə 3 gün xına məclisi təşkil edəcəyini açıqlayıb.

O, bu barədə aprıcısı olduğu “Tam vaxtıdır” verilişində danışıb.

“Heç bir ad günü qeyd etmirəm. Allah qoysa, gələcəkdə həyat yoldaşımla keçirəcəm. Xına olacaq. Özü də 3 gün, 3 gecə xına edəcəm” – deyə Zərgərli qeyd edib.

Xatırladaq ki, Roza Zərgərli  ailə həyatı qurmağa hazırlaşdığını açıqlamışdı.

O, evlənmək üçün 13 namizədin olduğunu söyləmişdi: “Onlar arasında birini seçmişəm. Evlənəcəyik, az qalıb. Səkkizillik fanatımdır, bir ildir tanıyıram və altı aydır ciddi münasibətimiz var. Evlilik təklifi almışam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest