Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisi müəyyənləşib.
İstanbul təmsilçisi uzun müddətdir danışıqlar apardığı Xorxe Xesusla razılıq əldə edib. 67 yaşlı portuqaliyalı mütəxəssis “sarı-lacivərtlilər”i çalışdırmağa hazırdır.
Təcrübəli çalışdırıcı ilə rəsmi müqavilə imzalanacağı təqdirdə o, ilinə 10 milyon avro qazanacaq.
Qeyd edək ki, Xesus son olaraq 2020/2021 mövsümündə Portuqaliya “Benfika”sını çalışdırıb.
Əlavə edək ki, Vitor Pereyra ilə yolları ayıran “Fənərbağça”ya hazırda İsmail Kartal rəhbərlik edir.