“Fənərbağça” üçün sürpriz baş məşqçi

Türkiyənin “Fənərbağça” klubu baş məşqçi axtarışlarını davam etdirir.

Çoxları İstanbul təmsilçisinin bu posta Xorxe Xesusu gətirəcəyini düşünsə də, “sarı-lacivərtlilər” planı dəyişib.

Portuqaliya mətbuatında yer alan xəbərlərə görə, “Fənərbağça” adıçəkilən ölkənin “Vitoriya Quimarayeş” klubunun çalışdırıcısı Pepayla danışıqlar aparır.

41 yaşlı mütəxəssisin  Super Liqa klubunu çalışdırmaq təklifinə müsbət yanaşdığı bildirilir. Təyinatın yaxın günlərdə açıqlanması ehtimalı da var. 

Qeyd edək ki, “Fənərbağça”ya Vitor Pereyranın gedişindən sonra İsmail Kartal rəhbərlik edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest