Eynulla Fətullayevin iki saytı bağlandı

Jurnalist Eynulla Fətullayev rəhbəri olduğu iki saytın bağlanmasına qərar verib.
Azərbaycan dilli “Virtual Azərbaycan” və ingilis dilli “Azeri Daily” saytları fəaliyyətini dayandırıb.
E.Fətullayevin sözlərinə görə, bu addım haqqin.az saytının regional postsovet nəşrinə çevrilməsi ilə bağlı strateji qərarla əlaqədardır:
“Yeni strategiyaya əsaslanaraq, biz öz potensialımızı və maliyyə resurslarımızı haqqin.az saytının rusdilli seqmentinin gücləndirilməsinə və inkişafına yönəltmək qərarına gəldik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest