Eyni gündə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri təmsilçilərinin bir qrupu Penitensiar xidmətində işə qəbul edildi

Vətən Müharibəsi iştirakçılarına, şəhid ailələrinə diqqət və qayğı Azərbaycanda dövlət siyasətinə çevrilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan həmin siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl olaraq aparılır. Bu qəbildən olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün aparılan işlər onların yeni mənzillərlə təmin edilməsi, həmçinin yeni iş yerləri ilə təmin olunması istiqamətində davam etdirilir. Dövlət və qeyri-dövlət sektorunda artıq ənənəyə çevrilmiş diqqət və qayğı insanlarda dövlətin həmişə yanlarında olduğu qənaətini möhkəmləndirir.

Yaxın günlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti növbəti dəfə şəxsi heyətin sıralarına Vəhən Müharibəsi iştirakçıları və şəhid ailələrinin təmsilçilərini qəbul edib.

Ədliyyə Nazirliyi penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında yeni iş yerlərində artıq ədliyyə baş çavuşu, çavuş və kiçik çavuş kimi xidmətə başlayan Nəsir Allahverdi oğlu Hüseynli, Mirqurban Mirismayıl oğlu Ağayev, Pərvin Hüseyn oğlu Abbaszadə, Əlirza Saleh oğlu Əlipaşayev, Asif Vasif oğlu Əskərov, habelə mülki işçi kimi Ömər Akif oğlu Hüseynov və şəhid Bilal Xanlar oğlu Qənbərovun anası Gültəkin İsgəndər qızı Qənbərovanın keçirdiyi hisslər başadüşüləndir.

Onların hər biri, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yeni əməkdaşları Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova və ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-leytenantCeyhun Həsənova ədliyyə orqanlarında qulluğa qəbul edilmələri, işlə təmin olunmaları və sosial rifahlarının yaxşılaşdırılması istiqamətində göstərilən qayğıya görə minnətdarlıqlarını bildirirlər.

“Bakuexo.az”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest