“Ey Özil, sevgili olduğun qızla “İnter” və “Milan” klubunun məşqçi heyəti daxil olmaqla, hamı vaxt keçirir”- “Real”ın prezidentindən qlmaqallı açıqlama

“Real”ın prezidenti Florentino Peresin daha bir qalmaqallı səsyazısı sızdırlıb.

“El Confidencial” nəşri 74 yaşlı funksionerin Joze Mourinyo, Məsut Özil və sevgilisi barədə danışdığı audioyazını yayımlayıb. 

“Özil “Real”a 21 yaşında gəldi. O, üçüncü nəsil türk idi və daha sonra Madridi kəşf etdi. Sevgilisindən ayrıldı, həyat tərzini dəyişdi və Milandan italyan bir modelə aşiq oldu. Şəxsi təyyarəsi vardı, onunla Milana uçub yeni sevgilisi ilə vaxt keçirib, geri dönürdü. Bir dəfə o, Joze Mourinyonu əsəbləşdirdi və o da Özilə dedi ki, “Ey Özil, axmaq, atan olsaydım sənə bu sözləri deyərdim. Sevgili olduğun qızla “İnter” və “Milan” klubunun məşqçi heyəti daxil olmaqla, hamı vaxt keçirir”. Özil daha sonra həmin qızdan ayrıldı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest