Etibar Əliyev Ramiz Mehdiyevin oğluna görə Kəmaləddin Heydərova MÜRACİƏT ETDİ

Deputat Etibar Əliyev Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib.

Müaciəti olduğu kimi təqdim edirik:

“Sizin “Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları haqqında” imzaladığınız 30 dekabr 2007-ci il tarixli 140 nömrəli Əmrin 5.5-ci bəndində qeyd olunur ki, işçi heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz. Amma “Şərq-Qərb” ASC-nin səhimlərinin 96,5%-i Fövqəladə hallar nazirinin müavini, general-mayor Mehdiyev Teymur Ramiz oğluna məxsusdur.Bu həmin nəşriyyatdır ki, 2017- ci ildə “Rus bölməsi” üçün 7 min tirajla çap olunmuş 10-cu sinif “Всеобщая история” dərsliyində qondarma “Velikaya Armeniya” xəritəsini çap etmişdi. Bu, ölkəmiz üçün birbaşa təxribat idi. O zaman Ramiz Mehdiyev böyük vəzifə tutduğundan bunun üstünü ört-basdır etdilər. Siz bütün bunlardan xəbərsiz olmazsınız.İmzaladığınız əmrinizin icrasına nəzarət etmək imkanınızın olmadığı bəllidir. Zaman bunu göstərir. Əmrin imzalanmasından 15 il ötür. Ancaq müavininizin rəhbərlik etdiyi nəşriyyatda Dövlət Babamızın milyonlarla manat vəsaitinin mənimsənilməsi məsələsi də Sizi maraqlandırmır? Məncə düşünməyə dəyər…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest