Ermənistandan Azərbaycana ərazi mübadiləsi təklifi: “Bu kəndləri dəyişdirək…”

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qirqoryan qeyd edib ki, Azərbaycanla danışıqlarda anklavlar məsələsi qaldırılmayıb. O, əlavə edib ki, anklavlar hər iki tərəfdə var və bunlar dəyişdirilməlidir. Ermənistan Azərbaycana altı şərt irəli sürüb. Görünür, anklavlarla bağlı bənd bu təklifə salınıb”. 
Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. 
Onun sözlərinə görə, Ermənistan Gədəbəy rayonundakı Başkənd anklavını nəzərdə tutur və Qazaxın bir neçə kəndini Azərbayacana qaytarmaqda maraqlı görünmür:
“Qazaxın yeddi kəndi və Naxçıvan MR Kərki kəndi sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın işinə salınmalıdır. İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyev ADA-dakı çıxışında deyib ki, Ermənistanla sərhdlərin müəyyənləşməsində məhz 1918-ci ildən başlayan xəritələr əsas  götürülməlidir. Təbii ki, bu xəritələrin əsas götürülməsi Ermənistanın anklavalarla bağlı təkliflərinə son qoyucaq. Prezidentin bu konteksdə mövqeyi məhz Ermənistanla hər hansı ərazi mübadiləsini istisna edir”. 
“Ümumiyyətlə, Ermənistanla sərhədlərin demarkasiyası uzun çəkəcək. Azərbaycan anklavlarla bağlı məsələdə Ermənistana güzəştə getməməlidir. Nikol Paşinyan daxili auditoriyadan çəkindiyi üçün bu məsələdə maraqlı deyil. Amma Ermənistan cəmiyyəti də bilməlidir ki, anklav kəndlər Azərbaycan torpaqlarıdır”, – deyə politoloq bildirib.
Turan Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest