Ermənistanda məmur övladları biri-birini güllələdi

Gorusda sabiq və  hazırkı qubernatorun övladları arasında atışma olub.

Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, bölgənin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran, şəhərin hazırkı rəhbəri Melikset Poqosyanın oğluna atəş açıb. Hadisə nəticəsində həyatını itirənlərin olduğu bildirilir.

Qəzet yazır ki, bu Tiqran Xaçatryanla bağlı ilk hadisə deyil. Belə ki, o  2013-cü ildə ata evinin yaxınlığında baş verən atışma və qətldə günahlandırılaraq nəzarətə alınıb, lakin məhkəmə onun hərəkətlərini müdafiə xarakterli hesab edərək Tiqran Xaçatryan bəraət alıb.

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest