Ermənistanda hərbçilər qəzaya düşdü

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının idarə etdiyi iki avtomobilin toqquşması nəticəsində bir neçə hərbçi ağır xəsarət alıb. Ermənistan mətbuatı  bildirir ki, iyulun 12-də saat 02:10 radələrində Yerevan-Yerasx avtomobil yolunun 16-cı kilometrliyində 27 yaşlı hərbi qulluqçu Ruben Qriqoryanın idarə etdiyi “Opel” markalı avtomobil Ermənistan ordusuna məxsus hərbi avtomobilə çırpılıb. Nəticədə “UAZ Pikap” markalı avtomobil aşıb və bir neçə hərbçi müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yol nəqliyyat hadisəsi zamanı xəsarət alan hərbi qulluqçular 28 yaşlı X.Narek, 23 yaşlı S.Qrişa, 30 yaşlı T.Hraç, 26 yaşlı S. Seryoja və hələlik adı bilinməyən daha bir hərbçi “Erebuni” tibb mərkəzinə təxliyə edilib.
Yaralanan hərbçilərdən birinin yolda öldüyü bildirilir. Hadisə yerinə mülki polislər, eləcə də Ararat və Vayots Dzor vilayət hərbi polis şöbəsinin əməkdaşları cəlb olunub.
Müayinə zamanı məlum olub ki, hadisə Ermənistan ordusunun 556-cı əlahiddə motoatıcı alayının içkili vəziyyətdə olan hərbi qulluqçusunun – “Opel”in sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.
“UAZ Pikap” markalı avtomobil isə Ermənistan ordusunun xüsusi təyinatlı qüvvələrini 22-ci briqadasına məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest