Ermənistanda bu da oldu…

Dünən Ermənistanda hakim partiya paytaxtın ən bahalı restoranlarından birində yerli seçkilər üçün pul yığımı təşkil edib.

Ermənistan mətbuatının verdiyi məlumata görə, tədbirdə çoxlu sayda dövlət məmurları iştirak edib, ölkənin oliqarxları isə birbaşa iştirakla deyil, transferlə dəstəklərini göstəriblər.

Orada məşhur erməni iş adamı, deputat Xaçatur Sukiasyanın da olduğu bildirilir. Fandreyzinq işi Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyanın üzərinə qoyulsa da, tədbirin sonunda nə qədər yığılan pulun məbləği açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest