Ermənistanda Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrup yaradıldı

Ermənistanın baş naziri Nikol Paşinyan Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrupun yaradılması ilə bağlı qərar verib.

İşçi qrupa 10 nəfər daxildir.

İşçi qrupun sədri Ermənistanın İrandakı sabiq səfiri, hazırda baş nazirin köməkçisi olan Artaşes Tumanyan təyin edilib.

Qərara əsasən, hər rüb görülən işlər barədə hökumətə hesabat təqdim edilməlidir.

Qeyd edək ki, Arazdəyən-Mehri dəmir yolunun əsas hissəsi Naxçıvan Muxtar Respublikasının ərazisindən keçəcək.Trend.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest