Ermənistan və Azərbaycan tezliklə sülh sazişi imzalayacaq – Paşinyan

“Ermənistan və Azərbaycan tezliklə sülh sazişi imzalamalıdır”.

Erməni mediası xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi bağlamalıdırlar:

“Əgər biz bu addımı atmasaq, o zaman yeni müharibə başlayacaq və beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək. 2020-ci ilin səhvlərini təkrarlamağa hazır deyiləm”, – deyə Paşinyan bildirib.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Vətən müharibəsi zamanı ölən erməni hərbçilərin sayını açıqlayıb.

“2020-ci ilin payızında Qarabağda gedən döyüşlər zamanı 3825 nəfər həlak olub, – deyə Paşinyan qeyd edib.

Xuraman Etibarlı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest