Ermənistan müxalifəti taktikanı dəyişir

Müqavimət Hərəkatındakı mənbələrimiz qeyd edir ki, onun kölgə benefisiarları – Ermənistanın iki keçmiş prezidenti Serj Sarkisyan və Robert Köçəryan baş nazir postuna iddialı olmadıqları ilə bağlı bəyanat verməyincə, Hərəkat yeni vüsət almayacaq.

Bu barədə “Hraparak” qəzeti məlumat verir.

Nəşr mövcud situasiyanı belə qiymətləndirir: “İndiki vəziyyət qüruba gedir və hətta onun sönməsi mümkündür, çünki erməni xalqı şəxsiyyətləri izləməyi sevir və ideya az adamı birləşdirir”.

Həmçinin qəzet əmindir ki, aksiyaların “görünən qladiatorları” meydana gələn insanların azlığından (cəmi 3-4 min civarında) və sosial şəbəkələrdəki əhval-ruhiyyədən Nikol Paşinyanın hələ də aktual olaraq qaldığını müşahidə edirlər.

      Məsələn, araratnews.am internet televiziyasının “Koçaryan, yaxud Sarqsyan ölkəni qurtara bilərmi?”- küçə sorğusundakı sualına respondentlərin 98 faizi “Ölkəni onlardan qurtarmaq daha yaxşı olar”- cavabını verirlər. Baş nazirliyə iki iddialı şəxsin patronajlığı ilə keçirilən etiraz aksiyaları bu reallıqda, demək olar ki, “stəkanda fırtına” effektindən başqa bir şey sayıla bilməz.

Yaranan vəziyyət isə aksiyaları maliyyələşdirən ölkədənkənar sponsorların ürəyincə deyil. Onlar birmənalı olaraq “Qarabağ kartını” əldən vermis Paşinyanın hakimiyyətdən getməsi üçün aksiyalara Ermənistana görə fantastik sayılacaq məbləğdə pul vəsaiti ayırsalar da sonda bizim Məşədi İdadın vəziyyətinə düşəcəklər şübhəsizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest