Ermənistan MN saxlanılan hərbçisinə görə Azərbaycan tərəfi ilə DANIŞIQLAR APARIR – “Sputnik Armeniya”

Ermənistan Müdafiə Nazirliyi hərbçisinin qaytarılması üçün Azərbaycan tərəfi ilə danışıqlar aparır.

Bu barədə “Sputnik Armenia” xəbər verir. Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Erməni tərəfinin bildirdiyinə görə, o, naməlum səbəblərdən Ermənistan-Azərbaycan sərhədini keçib və Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

Ermənistan Müdafiə Nazirliyi onun geri qaytarılması üçün Rusiya sülhməralılarının vasitəçiliyi ilə Azərbaycanla danışıqlar apardığını bildirib.

Xatırladaq ki, aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.

Xuraman Etibarlı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest