“Ermənistan MN itkilərlə bağlı hələ də dəqiq məlumat vermir, bəlkə də hamısı ölüb” – Erməni mediası

44 günlük müharibədən bir il keçməsinə baxmayaraq, erməni tərəfinin nə qədər qurbanı, əsir və itkin düşdüyü barədə rəsmi məlumat verilməyib. Əgər əsirlərin işində rəqəmlərin qeyri-dəqiqliyi müəyyən qədər başa düşüləndirsə, o zaman ölən və itkin düşənlərlə bağlı dəqiq rəqəmlərin niyə hələ də təqdim edilməməsi heç də başa düşülən deyil.

Bu barədə ermənilərin hayeli.am saytı yazı dərc edib. Sayt yazır: “Ermənistan-Azərbaycan sərhədində son bir günlük təxribat nəticəsində Ermənistan ərazi itkiləri ilə yanaşı, həm də insan itkisi verib, lakin üç gün keçməsinə baxmayaraq, xidmətdə olan oğlanlardan neçəsinin hərbi əsir olması və necəsinin itkin olması hələ də bəlli deyil. bəlkə də ölüblər. Rəsmi məlumat verilmədiyinə görə, məmurların verdiyi rəqəmlərə inansaq, heç nə bilməyəcəyik, əksinə, daha çox çaşmış olarıq”.

Daha sonra sayt noyabrın 16-da Müdafiə Nazirliyi “erməni tərəfinin də itkiləri olduğunu, hazırda bir qurbanla bağlı təsdiqlənmiş məlumatların olduğunu” elan edəndən sonra Milli Assambleyanın Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan həmin gün bəyanatla çıxış etdiyini yazıb.

“Təsdiq edilməmiş məlumatlara görə, 15 qurbanımız və 7 əsirimiz var. Onun dediklərini Paşinyan ailəsinə məxsus “Haykakan Jamanak” media orqanı da təsdiqləyib və “atışma nəticəsində erməni tərəfinin qurbanları və yaralıları var”,- deyə media orqanı yazıb.

Sayt Müdafiə Nazirliyini dəqiq məlumat verməməkdə günahlandıraraq yazıb: “Daha sonra Müdafiə Nazirliyi bir neçə əsir və 20-dən çox itkin düşdüyü barədə məlumat verib, Müdafiə Nazirliyinin məlumatına görə, onların taleyi məlum deyil. Təəssüflər olsun ki, itkin düşən 24 oğlanın taleyinin əslində nə olduğunu təxmin etmək olar, amma fakt budur ki, rəsmilərin verdiyi məlumatlar belə ziddiyyətlidir”.

Qeyd edək ki, nəhayət bu gün Ermənistan MN 6 hərbçinin öldüyünü təsdiqləyib.

Xuraman Etibarlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest