Ermənistan hökümətinin vaksin maxinasiyası ölkəni qarışdırdı: Söhbət 3.5 milyard yeyintidən gedir

“Hökumətin 29 iyul qərarı ilə “Pfizer” və “Sinovac” vaksinləri Ermənistana gətirilməli idi. Nazirlər Kabineti 500.000 doz vaksin alışı üçün 3.5 milyard dram ayırıb”.

Bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Məqalədə daha sonra deyilir:

“Lakin yuxarıda göstərilən peyvəndlər indiyədək Ermənistana çatdırılmayıb. Əslində, hökumətin əmrinin icrası ləğv edilib və ya icra edilməyib”.

“Joxovurd” qəzetinin yazdığına görə, Ermənistan “Pfizer” peyvəndi almaq niyyətində deyil. Bu səbəbdən ədalətli bir sual ortaya çıxır: əslində sadəcə bir sabun köpüyü olduğu ortaya çıxan proqram üçün dövlət büdcəsindən 3,5 milyard dram ayrılması nə dərəcədə düzgündür?”, – deyə qəzet yazır.

Rəsmiyyə Şərifova,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest