“Ermənistan hökumətinin reytinqi İlham Əliyevdən asılıdır” – İskandaryan

“Ermənistandakı hakimiyyət orqanlarının reytinqinin aşağı düşmə ehtimalı var”.

Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskandaryan bunu bu gün “TALK TIME” proqramının efirində bildirib.

Eyni zamanda, mütəxəssis 2018-ci ildə baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın reytinqinin 90%-dən yuxarı qalxdığını xatırladıb.

“İndi səs verənlərin 54%-i və bütün seçicilərin 26%-i ona etimad göstərir. Bu, mahiyyət etibarilə Ermənistanın özündən çox asılı olmayan şərtlərə görədir. Xüsusilə söhbət metalların dünya bazarındakı qiymətlərindən, Avropa İttifaqı kimi beynəlxalq strukturların Ermənistana verdiyi yardımdan, Prezident İlham Əliyev Ermənistanın daxili siyasi sahəsində əsas oyunçulardan biri olduğu üçün Azərbaycandan və bir çox başqa şərtlərdən gedir”, – deyə İskandaryan izah edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest