“Ermənistan demarkasiya prosesini vasitəçisiz başlamağa hazırdır” – Koçaryan

“Demarkasiya prosesinə hazırlıq sıfır nöqtəsindən başlayacaq”.

Bu sözləri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Koçaryan bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan prosesin başlanmasına razılıq verib. Koçaryan Moskvadan daxil olan təklifin detallarını da açıqlamayıb.

Hakim Mülki Müqavilə fraksiyasının deputatı Eduard Ağacanyan isə bildirib ki, Ermənistan prosesi müvafiq komissiya formasında və birbaşa (vasitəçisiz) başlamağa hazırdır:

“Amma yalnız müəyyən texniki məsələlərdə müqavilə imzalandıqdan sonra. Ermənistan artıq Rusiyanın təklifini qəbul etməsi barədə cavabını yazılı şəkildə Moskvaya göndərib. Söhbət hazırlıq işinin başlamasından gedir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest