Ermənistan Baş Prokurorluğu qərarını açıqladı – PAŞİNYAN HƏBS EDİLƏCƏK?

Nikol Paşinyana qarşı müharibə işi üzrə ittiham irəli sürülməsindən imtina edilib.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu açıqlama yayıb.
“Baş Prokurorluq 44 günlük müharibədə ölən Ermənistan hərbçilərinin valideynlərinin iş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılması ilə bağlı müraciətini qəbul edib, lakin Baş nazir Nikol Paşinyana qarşı ittiham irəli sürülməsi ilə bağlı vəsatət qəbul edilməyib”, – deyə açıqlamada vurğulanıb. 

Qeyd edək ki, 44 günlük müharibədə ölən Ermənistan hərbçilərinin valideynləri aprel ayından bəri Baş nazir Nikol Paşinyanın və İkinci Qarabağ müharibəsində məğlubiyyətə görə məsuliyyət daşıyan digər şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest